Avstriyada 3-cü yer | |
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Avstriyada keçirilən 1 günlük “Judendorf” Qran-Prisində iştirak ediblər. Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yürüşündə komandamızın heyətində Samir Cəbrayılov, Tural İsgəndərov, Aleksandr Surutkoviç, Yan Sokol, Markus Eybeger, Maksim Averin və Konnor McConvey mübarizə aparıb. 174 km-lik yürüş velosipedçilərimizin uğurlu komanda çıxışı ilə yadda qalıb. Məhz bu amil fəxri kürsüdə “Synergy Baku” komandasının üzvünün də yer almasına şərait yaradıb. Belə ki, Markus Eybeger finiş xəttini qalibdən 7 saniyə gec keçməklə 3-cü yeri tutub. “Judendorf” Qran-Prisində ümumilikdə 13 komandanın tərkibində 131 velosipedçi mübarizə aparıb. Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur. |
|
Xəbər 756 dəfə oxundu. |
|
|