David De Hea zədələnib
İspaniya yığmasının məşqçi heyəti təsdiqləyib ki, “Mançester Yunayted”in qapıçısı David De Hea zədələnib və Dünya Çempionatının qrup mərhələsinin oyunlarını buraxa bilər.

Manutd.com saytı, İspaniya Futbol Federasiyasının (RFEF) bəyanatını yayıb:

“Testlərdən sonra məlum oldu ki, De Hea əzələ dartılmasına görə məşq prosesini davam etdirə bilmiyəcək. Yığma komandanın tibb heyəti gündəlik olaraq, qapıçının vəziyyətini nəzarətdə saxlıyacaq ki, onun komanda ilə məşqlərinin bərpasının vaxtını müəyyən etsinlər”.

Xəbər 1119 dəfə oxundu.