Tomas Müller het-trik etməsindən danışdı | |
"DÇ-2014"ün ilk matçında Portuqaliya yığmasına 4:0 hesabı ilə qalib gələn Almaniya millisinin hücumçusu Tomas Müller oyunla bağlı fikirlərini bölüşüb. "Reuters" agentliyinə danışan Müller belə rəqiblə oyunda het-trik etmənin əla hiss olduğunu bildirib: "Dünya çempionatının ilk matçında belə rəqiblə oyunda het-trik etmək əla hissdir. Mən narahat olan insanlardan deyiləm. Son 4 ildə böyük təcrübə qazandım. İlk hissədə bir neçə qol epizodu yaratdıq, daha sonra iki qol vurduq. Belə istidə oynamaq həqiqətən çətin idi". Qeyd edək ki, Portuqaliya ilə oyunda het-trik edən Müller mundialın bombardirlər siyahısına başçılıq edir. |
|
Xəbər 794 dəfə oxundu. |
|
|