“İnter” futbol komandası “African Chellenc” U-21 kollektivinə böyük hesabla qalib gəlib | |
Bakının “İnter” futbol komandası Türkiyənin İzmit şəhərində təlim-məşq toplanışındadır. “İnter” hazırlıq çərçivəsində yoxlama görüşü keçirmişdir. Bu oyunda Bakı təmsilçisinin rəqibi afrikalılardan ibarət “African Chellenc” U-21 komandası olmuşdur. Matç komandamızın 6:0 hesablı qələbəsi ilə başa çatmışdır. “İnter”in heyətində Mikela Alvaro dubl etmiş, İlkin Sadiqov, Mirzağa Hüseynpur, Yoan Bokonyano və Dieqo Madriqal fərqlənmişlər. |
|
Xəbər 905 dəfə oxundu. |
|
|