Maradona: "FİFA günahkardır"
Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona "DÇ-2022"yə ev sahibliyi ilə bağlı yaranmış qalmaqala münasibət bildirib.

Ölkəsinin mətbuatına danışan Maradona bu qalmaqalda FİFA rəsmilərinin günahkar olduğunu deyib:

"FİFA günahkardır. Bu işdə əli olan insanlar məsuliyyətə cəlb olunmalıdır. Futbolda belə hallara yol vermək olmaz".

Qeyd edək ki, Qətərin rüşvət müqabilində 2022-ci il dünya çempionatına ev sahibliyi etmək hüququna yiyələndiyi bildirilir.

Xəbər 912 dəfə oxundu.