Lempard: "İngiltərə dünya kubokunu qazansa..." | |
İngiltərə millisinin oyunçusu Frank Lempard gələcək futbolçu karyerası ilə bağlı önəmli açıqlama verib. 35 yaşlı yarımmüdafiəçi deyib ki, İngiltərə yığması "DÇ-2014"də birinci olacağı təqdirdə, millidəki karyerasını başa vuracaq. "Çelsi"dən ayrılan F.Lempard bir çox klubdan transfer təklifləri aldığını da bildirib: "Nyu-York Siti" mənə təklif göndərib. Ancaq bütün təklifləri dəyərləndirdikdən sonra qərarımı verəcəm. Özümü formada hiss edirəm. Ən azı daha bir neçə il futbol oynamaq istəyirəm". |
|
Xəbər 845 dəfə oxundu. |
|
|