Fariz Məmmədov revanşa doğru | |
Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov alman Matias Pelklə iyunun 7-də Almaniyada baş tutacaq revanş döyüşündən öncə mətbuat konfransı keçirəcək. Peşəkar boksçumuz sabah saat 12:00-da Qəbələdə jurnalistlərin önünə çıxacaq. Qeyd edək ki, Fariz Məmmədovla Matias Pelk ötən ilin dekabrında Qəbələdə üz-üzə gəlmişdi. Təmsilçimiz ağır zədə səbəbindən yarışı yarımçıq dayandırmış və texniki məğlubiyyət almışdı. Buna Farizin hələ döyüşdən əvvəl bir qabırğasının sınması səbəb olmuşdu. Bu dəfə tərəflər revanş matçında münasibətlərinə aydınlıq gətirəcəklər. |
|
Xəbər 1021 dəfə oxundu. |
|
|