Kriştiano Ronaldo zədələnib
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo zədələnib.

Futbolçu sol ayağında ağrılar hiss edib və məşqi yarımçıq dayandırıb. Daha sonra otelə yollanan Ronaldo orada xüsusi bərpa kursuna başlayıb. “Real”ın forvardı dünya çempionatının qrup mərhələsini buraxmaq təhlükəsiylə üzləşib. Hələlik zədənin ciddiliyi barədə dəqiq məlumat verilmir.

Xəbər 967 dəfə oxundu.