Uruqvay millisində Suarez müəmması | |
Uruqvay millisinin futbolçusu Luis Suarezin gələn ay başlanacaq dünya çempionatında iştirak edib-etməyəcəyi hələ də dəqiqləşməyib. Sol dizindən əməliyyat olunan hücumçunun müalicəsi davam edir. Yığmanın həkimi Albert Pan Suarezin durumunun yaxşı olduğunu bildirsə də, onun nə zaman yaşıl meydanlara qayıdacağı ilə bağlı tarix verməyin çətin olduğunu deyib: "Əməliyyatdan sonra Suarez yaxşıdır. Ancaq onun nə zaman tam sağalacağını bilmək olmaz. Dünya çempionatına qədər vaxtımız var". Qeyd edək ki, Suarez məşqlərdə ayağında ağrı hiss etdiyi üçün əməliyyat olunmuşdu. |
|
Xəbər 913 dəfə oxundu. |
|
|