"Beyrut Open 2014" beynəlxalq şahmat turnirinin qalibi məlum oldu | |
Livanın paytaxtı Beyrut şəhərində keçirilən ənənəvi “Beyrut Open 2014” beynəlxalq şahmat turniri başa çatıb. 15 ölkədən 79 şahmatçının qələbə uğurunda mübarizə apardığı turnir İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilib. Ölkəmizi təmsil edən, beynəlxalq qrossmeyster Azər Mirzəyev 9-cu turda Niderland şahmatçısı Sergey Tiviakovla heç-heçə edərək xal ehtiyatını 7-ə çatdırdı. Beləliklə, Azər Mirzəyev, Belarusiya şahmatçısı Kirill Stupak və Sergey Tiviakov 7 xalla 1-3-cü yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə turnirin qalibi Azər Mirzəyev olub. Belarusiya şahmatçısı Kirill Stupak 2-ci, Niderland təmsilçisi Sergey Tiviakov isə 3-cü yerin sahibi olub. |
|
Xəbər 957 dəfə oxundu. |
|
|