Yosip Simuniç cəzalandırıldı | |
Xorvatiya və İslandiya arasında keçirilən oyundan sonra nasist salamı verən xorvatiyalı futbolçu Yosip Simuniç cəzalandırılıb. İsveçrənin Lozanna şəhərində yerləşən İdman Məhkəməsi FİFA-nın Y.Simuniçə verilmiş 10 oyunluq cəzanı düzgün hesab edib. İclasda şahidlər və Y.Simuniç dindirilib. Daha sonra məhkəmə FİFA-nın qərarını qüvvədə saxlayıb. Məhkəmənin bu qərarından sonra xorvatiyalı müdafiəçi iyun-iyul aylarında Braziliyada keçiriləcək dünya çempionatında oynaya bilməyəcək. |
|
Xəbər 800 dəfə oxundu. |
|
|