"Naxçıvan Open 2014" beynəlxalq şahmat festivalının 4-cü turu başa çatıb | |
Ümmmilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr edilimiş "Naxçıvan Open 2014" beynəlxalq şahmat festivalında 4-cü turun görüşləri başa çatıb. Bu turda “A” qrupunda ukraynalı şahmatçı Anton Korobovun Rusiya təmsilçisi Aleksandr Simanov ilə qarşılaşması sülhlə nəticələnib. Azərbaycan şahmatçılarından Rauf Məmmədov Konstantin Şanava, Eltac Səfərli isə rusiyalı şahmatçı Boris Savçenko ilə görüşdən yarım xalla ayrılmışlar. Qədir Hüseynov İsə Şahin Lorparizangeneh üzərində qələbə qazanaraq xal ehtiyatını 2.5-ə çatdırıb. Beləliklə,4-cü turdan sonrada Aleksandr Şimanov 3.5 xalla liderliyini davam etdirir. Həmyerlilərimiz – Eltac Səfərli və Rauf Məmmədov da daxil olmaqla 11 qrossmeysterin aktivində isə 3 xal var. “B” qrupunda Pərviz Qasımov ,Təbriz İdrisov, Fariz Əhmədov Ramil Cavadov, KənanƏhədzadə və Vüsal Abbasov 4 xal toplayaraq zirvəni bölüşürlər. “C” qrupunda Sumqayıt şahmatçısı Rəhim Əliyev və Bakı yetirməsi Kamran Rzazadə dörd turdan 4 xal əldə edərək turnir cədvəlinə liderlik edirlər. |
|
Xəbər 1407 dəfə oxundu. |
|
|