ABŞ - Azərbaycan yoldaşlıq oyununu kosta-rikalı baş hakim idarə edəcək | |
Mayın 27-də San-Fransisko şəhərindəki “Candlestick Park” stadionunda futbol üzrə ABŞ və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcəkdir. Yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşmişdir. Oyunu kosta-rikalı baş hakim Henri Bejarano idarə edəcəkdir. Ona həmyerliləri Varner Kastro və Karlos Fernandez kömək edəcəklər. Matçın dördüncü hakimi honduraslı Armando Kastro olacaqdır. |
|
Xəbər 851 dəfə oxundu. |
|
|