Türkiyə kubokunun qalibi bəlli oldu | |
Türkiyə kubokunun qalibi məlum olub. Konyada keçirilən oyunda Eskişehirsporla Qalatasaray komandaları qarşılaşıblar. İstanbul təmsilçisi 1-0 hesabı ilə qələbə qazanıb. Görüşdə yeganə qolu Uesli Sneyder vurub. Bu Hollandiyalı futbolçunun Qalatasarayın heyətində 41-ci oyunda 16-cı qoludur. Qeyd edək ki, Roberto Mançini də Qalatasarayda ilk titulunu qazanıb. |
|
Xəbər 805 dəfə oxundu. |
|
|