"Bavariya" ikinci "Barselona" olmaq istəmir" | |
"Bavariya" klubunun müdafiəçisi Filip Lam maraqlı fikirləri ilə diqqət çəkib. "Kicker"ə danışan almaniyalı futbolçu "Bavariya"nın ikinci "Barselona"ya çevrilməsini istəmədiyini bildirib: "Barselona" 2008-2012-ci illərdə möhtəşəm oyun sərgilədi. Ancaq biz ikinci "Barselona" olmaq istəmirik. Biz artıq sübut etdik ki, öz oyun üslubumuzla nəticə qazana bilərik. Qvardiola da bunu anlayır və heç nəyi dəyişməyi düşünmür. Azarkeşlərimiz hər il Çempionlar Liqasını qazanmağımızı istəyir. Lakin bu nəticəni təkrarlamağa imkan verən bir oyun üslubu yoxdur". |
|
Xəbər 780 dəfə oxundu. |
|
|