Bakıda taekvondo üzrə Avropa çempionatı başladı
Mayın 1-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində taekvondo üzrə Avropa çempionatı başlamışdır.

4 gün davam edəcək çempionatda 46 ölkədən 400-dən artıq idmançı birincilik uğrunda mübarizə aparır.

Turnirin ilk günündə kişilər arasında 54, 87 kiloqramdan yuxarı, qadınların mübarizəsində isə 46 və 62 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Dayanaq üzərinə çıxacaq idmançılarımızın ilk rəqibləri müəyyənləşmişdir. Mikayıl Əliyev (54 kq) Martin Atanasov (Bolqarıstan) – Daren Çapmen (İngiltərə) qarşılaşmasının qalibi ilə, Ceyhun Həsənli (87 kq-dan yuxarı) xorvatiyalı Vedran Qoreç ilə, Türkan Tahirli (46 kq) Macarıstan təmsilçisi Barbara Duç, Səbinə Mikayılova (62 kq) isə Diana Vaskes (İspaniya) ilə üz-üzə gələcəklər.

Xəbər 923 dəfə oxundu.