Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi davam edir
Aprelin 29-da Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresi “JW Marriott Absheron Baku” mehmanxanasında işini davam etdirir.

Konqresin ikinci günündə əvvəlcə UEFA-nın media və ictimaiyyətlə əlaqələr üzrə meneceri Tomas Qiardano və Beynəlxalq Universitet İdmanı Federasiyasının baş katibi Erik Saintrond təqdimatlarla çıxış ediblər.

Təqdimatlarda mətbuat konfransının təşkili, “mix-zona”da idmançılardan müsahibənin alınması və sosial mediada idman jurnalistikasının inkişafı barədə məlumat verilmiş, müxtəlif universiadalardan görüntülər nümayiş olunub.

AzərTAc

Xəbər 709 dəfə oxundu.