“Addım 1” kitabı Azərbaycan dilində təqdim edilib | |
Addım-Addım” sistemi dünyanın aparıcı şahmat tədris-təlim metodudur. Bu sistemin birinci kitabı olan “Addım 1” Azərbaycan dilində təqdim edilib. “Addım-Addım” şahmat tədris-təlim metodu 1987-ci ildə Rob Brunia və Cor van Wijerden tərəfindən uşaqlara şahmat oynamağı öyrətmək məqsədilə yaradılıb. İlk dəfə Niderland Krallığı Şahmat Federasiyası tərəfindən tanınan bu metod qısa bir müddətdə böyük kütləyə malik olub. Tezliklə isə bu metod bütün Avropa ölkələrinə, eyni zamanda ABŞ, Kanada, Avstraliya, Sinqapur, Honkonq, Cənubi Afrika Respublikasında sürətlə yayılıb. Hazırda “Addım-Addım” metodunun vəsaitləri 12 dildə mövcuddur. “Addım-Addım” şahmat metodu ən müasir təlim proqramı olaraq dünya səviyyəsində rəğbət qazanıb. Bu metod orta məktəb, şahmat məktəbləri və fərdi məşğələlər daxil olmaqla bütün növ tədris üsullarında böyük uğurlara nail olub. Çünki bu sistem ilə şagirdin və ya şahmatçının irəliləyişini asanlıqla təqib etmək mümkündür. |
|
Xəbər 1484 dəfə oxundu. |
|
|