Komada olan Şumaxer məhkəməyə verildi
Fransanın Meribel əyalətində dağda xizək sürərkən yıxılan və beyni zədələnən "Formula-1" çempionu Mixael Şumaxerin bu hadisədən təxminən ay yarım öncə qəza törətdiyi ortaya çıxıb.

Məşhur pilotun ötən ilin noyabr ayında idarə etdiyi avtomobil motosikletlə toqquşub. Qəza nəticəsinə motosiklet sahibi yaralanıb.

Araşdırmalar zamanı məlum olub ki, qəzanın günahkarı Şumaxerdir. Bundan sonra zərərçəkmiş komada olan məşhur idmançını məhkəməyə verib. O, Şumaxerdən təzminat tələb edib.

Xəbər 1002 dəfə oxundu.