Yusifzadə və Quliyevdən növbəti qələbələr
Bolqarıstanın paytaxtı Sofiya şəhərində boks üzrə gənclər arasında dünya birinciliyi keçirilir. Artıq boksçularımızdan ikisi ¼ final mərhələsinə vəsiqə qazanıb. Gənclər arasında Avropa birinciliyinin mükafatçısı Məsud Yusifzadə (52 kq) 1/8 finalda Özbəkistan nümayəndəsi Adbulkay Şaraxmatovu məğlub edib – 3:0. Boksçumuzu ¼ final mərhələsində çətin döyüş gözləyir. Həmyerlimiz dünya birinciliyinin medalını özünə təmin etmək üçün yerli idmançı Daniel Asenovu üstələməlidir.

Gənclər arasında Avropa çempionu Cavid Quliyev (64 kq) də ¼ finala yüksəlib. Quliyev özbəkistanlı Mahmud Qaipov üzərində qələbə qazanıb – 3:0. Milli komandamızın üzvü ¼ finalda italiyalı Vinçenzo Areççia ilə qarşılaşacaq.

Təssüff ki, Şamil Əliyev (75 kq) 1/8 finalda mübarizəni dayandırmalı olub. Boksçumuz gərgin mübarizədə Qazaxıstan təmsilçisi Bekjan Bakirova uduzub – 1:2.

Rüfət Hüseynov gərgin mübarizədə rusiyalı Svyatoslav Varkini məğlub edərək, 1/4 finala vəsiqə əldə edib.

Bu gün axşam proqramında rinqə çıxacaq boksçularımız:
91+kq: Məhəmmədəli Tahirov – Eren Uzun (Türkiyə)
91kq: Şükran Mehdiyev – Məhəmməd Aydın (Türkiyə)
81 kq: İbrahim Quliyev – Vadim Kazakov (Qazaxıstan)

Xəbər 1123 dəfə oxundu.