"Qalatasaray" daha bir futbolçusu ilə müqaviləni yeniləyir | |
"Qalatasaray" daha bir futbolçusu ilə müqaviləni yeniləməyə hazırlaşır. İstanbul təmsilçisi bu dəfə Səbri Sarıoğlunu komandada saxlamaq istəyir. "Cim-Bom"un müdafiəçiyə 1+1 illik müqavilə təkif edəcəyi bildirilir. Qeyd edək ki, 2003-cü ildən "Qalatasaray"da çıxış edən S.Sarıoğlunun təklifi müsbət cavablandıracağı gözlənilir. Xatırladaq ki, klub Fernando Muslera, Burak Yılmaz, Səlçuk İnanla da sözləşməni uzatmaq üçün danışıqları davam etdirir. |
|
Xəbər 869 dəfə oxundu. |
|
|