Ayın ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifi mükafatlandırılıb
Azərbaycan Peşəkar Futbol Liqası (PFL) və “Topaz” şirkəti ayın ən yaxşı oyunçusu və ayın gözəl qolu nominasiyasının qaliblərini elan edib.

Tədbirdə hər iki qurumun rəsmiləri, qalib futbolçular və jurnalistlər iştirak ediblər.

Dekabr ayının ən yaxşı oyunçusu “Qəbələ” komandasının futbolçusu Daniel Subotiç, ən yaxşı qolun sahibi isə AZAL-ın üzvü Con Oluremi seçilib.

Fevral və mart aylarının ən yaxşı oyunçusu və fevral ayının ən yaxşı qolunun müəllifi “Qarabağ” komandasının hücumçusu Dos Santos Reynaldo, mart ayının ən yaxşı qolunun sahibi isə AZAL klubunun futbolçusu Con Oluremi olublar.

Qaliblər PFL və “Topaz” tərəfindən mükafatlandırılıblar.

Xəbər 925 dəfə oxundu.