"Qəbələ" "Xəzər Lənkəran"a qarşı
Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

İlk qarşılaşma Qəbələdə keçiriləcək.

Burada yerli "Qəbələ" klubu "Xəzər Lənkəran"ı qəbul edəcək. Qonaqların çempionatda iddiası qalmadığını, meydan sahiblərinin isə avroliqada məhz kubok vasitəsi ilə oynamaq istədiklərini nəzərə alsaq, komandalar arasında gərgin mübarizə gedəcəyini demək olar.

Digər oyunda isə "Neftçi" öz meydanında "Rəvan"ı qəbul edəcək. Bu komandalar indiyədək kubok oyununda üz-üzə gəlməyib. "Rəvan" ilk dəfədir ki, yarımfinalda mübarizə aparır. "Ağ-qaralar" görüşün favoriti sayılsa da, "Rəvan"ın da asan təslim olmayacağı bəllidir.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 24-də keçiriləcək.





16 aprel

Azərbaycan kuboku, yarımfinalın ilk oyunları

16:00. "Qəbələ" - "Xəzər Lənkəran" - 0:0 (Birinci hissə)
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Zeynal Zeynalov, Fariz Yusifov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ramil Diniyev
Qəbələ şəhər stadionu.

19:00. "Neftçi" - "Rəvan"
Hakimlər: Rəhim Həsənov. Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Elvin Əsgərov
Bakı. 8-ci km qəsəbə stadionu

Xəbər 959 dəfə oxundu.