"Kloppu "Mançester Siti" və "Çelsi" istəmişdi"
"Borussiya"nın idman direktoru Hans-Yoahim Vatske klubun baş məşqçisi Yurgen Klopp haqda çıxan iddialara münasibət bildirib.

O, "Tottenhem"in çalışdırıcıya illik 24 milyon avro qazandıracaq müqavilə təklif etmədiyini söyləyib.

İdman direktoru "Barselona"nın Klopp istədiyi ilə bağlı xəbərləri də təkzib edib: "Bir neçə gün öncə Kataloniya klubu Çempionlar Liqasında favoritlərdən idi. "Barsa" mübarizəni dayandırdıqdan sonra Kloppun İspaniya klubuna gedəcəyini yazdılar".

Vatske onu da qeyd edib ki, ötən yay "Mançester Siti" və "Çelsi" Kloppu istəyib: "Ancaq o, bu təklifləri qəbul etmədi və bizimlə müqaviləni yenilədi".

Xəbər 887 dəfə oxundu.