Mourinyonun cəriməsini azarkeşlər ödəyəcəklər | |
"Çelsi"i baş məşqçisi Joze Mourinyoya kəsilən cəriməni azarkeşlər ödəyəcəklər. Portuqaliyalı mütəxəssis "Aston Villa" ilə matçda meydançaya girərək hakimə etiraz etdiyi üçün İngiltərə Futbol Federasiyası tərəfindən 8 min funt-sterlinq məbləğində cərimə edilib. Bu qərardan sonra London klubunun azarkeşləri həmin cəriməni ödəmək üçün kampaniya başlayıblar. Onlar aprel 13-ü, "Suonsi" ilə matça qədər 8 min funt sterlinq yığaraq Mourinyoya dəstək olacaq və pulu federasiyaya ödəyəcək. |
|
Xəbər 892 dəfə oxundu. |
|
|