Ronaldinyonun adı korrupsiya qalmaqalında | |
Braziliyanın məşhur futbolçularından olan Ronaldinyo pul mənimsəməkdə təqsirkar bilinir. Təcrübəli oyunçunun 2007-2010-cu illərdə vətəni Braziliyada yoxsul uşaqlar üçün toplanan yardımın 725 min dollarını mənimsədiyi iddia edilir. Artıq bununla bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Qeyd edək ki, Ronaldinyonun ailəsi futbolçunun belə bir hərəkət etmədiyini bildirib. Bununla bağlı yaxın günlərdə məhkəmə prosesinin başlanacağı gözlənilir. |
|
Xəbər 833 dəfə oxundu. |
|
|