"Mançester Yunayted"in futbolçusu "Monako" yolunda
"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Şinci Kaqava mövsümün sonunda komandadan ayrıla bilər.

Yaponiyalı futbolçu Fransanın "Monako" klubunun maraq dairəsinə düşüb.

Fransa təmsilçisi komandası ilə 2016-cı ilə qədər müqaviləsi olan Kaqavaya yüksək maaş təklif edəcək. Hələlik məbləğin dəyəri açıqlanmayıb. İngiltərədə təcrübəli futbolçunun hansı qərarı verəcəyi böyük maraqla gözlənilir.

Qeyd edək ki, Kaqava ilə "Arsenal" və "Borussiya" (Dortmund) klubları da yaxından maraqlanır.

Xəbər 802 dəfə oxundu.