Parisdə dünya çempionatı start götürdü
Bu gün Fransa paytaxtında ağır atletika üzrə dünya çempionatına start verilib. Qeyd edək ki, dünən burada Beynbəlxalq Ağır Atletika Federasiyasının növbəti konqresi də keçirilmişdi. Konqresdə bir çox məsələlər müzakirə edilib və qarşıdakı yarışların keçiriləcəyi məkanlar müəyyənləşib və bir çox ölkələr təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, təşkilat komitəsinin dopinq yoxlamalarının yekununa əsasən 8 ölkəni dünya çempioantında iştirakını qadağan edib.
Bu gün Azərbaycan idmançlarından mübarizəyə 48 kq çəki dərəcəsində Silviya Angelova qoşulacaq.

Xəbər 1343 dəfə oxundu.