İbrahimoviç: "Çelsi" favoritdir" | |
PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/4 finalının ilk oyunu çərçivəsində bu axşam qarşılaşacaqları "Çelsi" ilə görüş haqda fikirlərini bölüşüb. İsveçli forvard Fransa mətbuatına açıqlamasında "Çelsi"nin favorit olduğunu bildirib: "Çelsi" bu oyunun favoritidir. Onların Çempionlar Liqasında 10 illik təcrübəsi var. Biz isə hələ yeni başlayırıq. Belə turnirlərdə təcrübə böyük üstünlükdür. Biz 8-9 ildən sonra "Çelsi"nin səviyyəsinə gələcəyik". Qeyd edək ki, PSJ - "Çelsi" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. |
|
Xəbər 778 dəfə oxundu. |
|
|