Ranyeri: "Berbatov "Monako"da qalmaq istəyir"
"Monako" klubunun baş məşqçisi Klaudio Ranyeri komandanın hücumçusu Dimitar Berbatovun gələcək karyerası haqda danışıb.

"Goal.com"a danışan Ranyeri bolqarıstanlı futbolçunun "Monako"da qalmaq istədiyini bildirib:

"Berbatov artırıb. O, çox yaxşı futbolçudur və komanda üçün lazımlıdır. Düşünürəm ki, Berbatov da komandada qalmaq istəyir. Bir qədər sonra bu məsələni müzakirə edəcəyik. Ümid edirəm ki, Berbatov komandada qalmağa üstünlük verəcək".

Qeyd edək ki, "Monako" qış transfer pəncərəsi dönəmində Berbatovu "Fulhem"dən icarəyə götürüb.

Xəbər 864 dəfə oxundu.