Toni Adams "Bavariya"ya məsləhət verdi
"Qəbələ"nin keçmiş baş məşqçisi, hazırda klubun prezidenti Tale Heyderovun müşaviri vəzifəsində çalışan Toni Adams Çempionlar Liqasında "Mançester Yunayted"lə qarşılaşacaq "Bavariya"ya bəzi tövsiyələr edib.

"Arsenal"ın əfsanəvi futbolçusu "qırmızı şeytanlar"ın hücumçusu Runini zərərsizləşdirmək üçün onu əsəbiləşdirməyin yetərli olduğunu deyib:

"Onu matç zamanı əsəbiləşdirmək lazımdır. Çünki belə olan zaman Runi istədiyi oyunu nümayiş etdirə bilmir. Əks təqdirdə, o, çox təhlükəli olur"

Qeyd edək ki, "Mançester Yunayted"lə "Bavariya" arasında ilk matç aprelin 1-i "Old Trafford"da baş tutacaq.

Xəbər 866 dəfə oxundu.