Qaret Beyl: "Barselona"dan qorxmuruq" | |
"Real" (Madrid) klubunun futbolçusu Qaret Beyl İspaniya La Liqasının 29-cu turu çərçivəsində qarşılaşacaqları "Barselona" ilə oyun haqda danışıb. Uelsli futbolçu klubun rəsmi saytına açıqlamasında "Barselona"dan qorxmadığını bildirib: "Biz çox yaxşı oyun nümayiş etdiririk və əla formadayıq. Artıq "Barselona" ilə oyun haqda düşünürük. Onlar bizim əsas rəqibimizdir və bu oyunda 3 xal qazanmaq niyyətindəyik. Rəqibin heyətində kifayət qədər güclü futbolçular çıxış edir. Ancaq biz onlardan qorxmuruq, çünki həmin futbolçulardan bizdə də var". Qeyd edək ki, "Real" - "Barselona" oyunu martın 24-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. |
|
Xəbər 962 dəfə oxundu. |
|
|