Tayvan turunda 4-cü mərhələ | |
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Beynəlxalq Velosipedçilər Ittifaqının (UCI) 2.1 kateqoriyalı “Tayvan turu”nda çıxışlarını davam etdirirlər. İdman.com.az saytı xəbər verir ki, 5 günlük yürüşün bu gün keçirilən 4-cü mərhələsində iştirakçılar 161 km məsafə qət ediblər. Komanda üzvlərimizdən ən yüksək nəticəni Markus Eybeger göstərib – o liderdən 2 saniyə geri qalmaqla 3 saat, 48 dəqiqə, 29 saniyə göstərici ilə 6-cı yeri tutub. 4 mərhələdən sonra ümumi sıralanmada Eybeger 6-cı yerdə qərarlaşır – o liderə 11 saniyə uduzur. Komanda hesabında “Synergy Baku” yürüşün 20 iştirakçısı arasında 10-cu mövqedə qərarlaşır. Sabah keçiriləcək sonuncu, 5-ci mərhələdə iştirakçılar 168 km məsafə qət edəcəklər. |
|
Xəbər 917 dəfə oxundu. |
|
|