Tayvan turunda 3-cü mərhələ | |
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Beynəlxalq Velosipedçilər Ittifaqının (UCI) 2.1 kateqoriyalı “Tayvan turu”nda çıxışlarını davam etdirirlər. İdman.com.az saytı xəbər verir ki, 5 günlük yürüşün bu gün keçirilən 3-cü mərhələsində iştirakçılar 143 km məsafə qət ediblər. Komanda üzvlərimizdən ən yüksək nəticəni alman Kristof Şvayzer göstərib – o finiş xəttini 3 saat, 15 dəqiqə, 14 saniyəyə keçib və fotofinişə əsasən 2-ci olub. Avstriyalı Markus Eybeger 6 saniyə geri qalmaqla 15-ci, Azərbaycanın Elit yığma komandasının üzvü Aqşin İsmayılov 21 saniyə uduzmaqla 46-cı nəticə göstərib. Ümumi sıralanmada Markus Eybeger liderə 11 saniyə uduzmaqla 5-ci yerdədir. Komanda hesabında isə “Synergy Baku” yürüşün 20 iştirakçısı arasında 3-cü mövqedə qərarlaşır. Sabah keçiriləcək 4-cü mərhələdə iştirakçılar 161 km məsafə qət edəcəklər. |
|
Xəbər 894 dəfə oxundu. |
|
|