Hamburqdan 8 medalla
Almaniyanın Hamburq şəhərində boks üzrə qadınlar arasında beynəlxalq turnirə yekun vurulub. Komandamız yarışda 2 qızıl, 4 gümüş və 2 bürünc medala sahib olublar. Yana Alekseyeva və Anna Əlimərdanova bütün görüşlərdə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Leyla Həsənova, Alina Hacıyeva, Aynur Rzayeva və Anaxanım Ağayeva 2-ci yerə layiq görülüblər. Məryəm Cəbrayılova və Aliyə Vəlizadə isə 3-cü yerlə kifayətləniblər. Qeyd edək ki, bu yarış apreldə Bolqarıstanda keçiriləcək gənclər arasında dünya və böyüklər arasında dünya çempionatlarına hazırlıq xarakteri daşıyırdı.

Xəbər 1377 dəfə oxundu.