Ramos "Mançester Siti"nin təklifini rədd etdi | |
"Mançester Siti" "Real"ın futbolçusu Serxio Ramos üçün rəsmi təklif göndərib. Bu barədə müdafiəçinin meneceri Rene "Marca"ya açıqlamasında deyib. Bildirib ki, yüksək məbləğli təklif olmasına baxmayaraq, onu rədd ediblər: "Çünki Ramos istədiyi komandadır. Bu səbəbdən təklifi qəbul etmədik". Rene Ramosun Madrid klubu ilə müqaviləsinin uzatmasının mümkünlüyünü də ifadə edib: "Hər şey klub prezidenti Florentino Perezdən asılıdır. Əgər o istəsə, bununla bağlı danışıqlara başlayacağıq". |
|
Xəbər 835 dəfə oxundu. |
|
|