Pele: "Argentina yığmasındakı başqa Messidir" | |
Dünya futbolunun canlı əfsanəsi Pele yenidən Argentina millisinin hücumçusu Lionel Messi haqda maraqlı fikirlər səsləndirib. "Marca" qəzetinə danışan Pele Messinin Argentina yığmasında yaxşı oyun sərgiləmədiyini bildirib: "Barselona"da oynayan hər kəsin bildiyi Messidir. Ancaq Argentina millisində çıxış edən başqa Messidir. "Barselona"da iki super futbolçu - Xavi və İniyesta Messinin yaxşı oyun sərgiləməsinə kömək edir. Ancaq Argentina millisində fərqlidir. Çünki Messinin yığmadakı komanda yoldaşlarına uyğunlaşması çətindir. Onun əsl fərqi də budur". |
|
Xəbər 772 dəfə oxundu. |
|
|