“Synergy Baku”nun Avropada möhtəşəm uğuru
Xorvatiyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük “Porec Trophy” yuruşu Azərbaycanın “Synergy Baku” komandası üçün möhtəşəm nailiyyətlə yadda qalıb.

İdman.com.az saytı xəbər verir ki, 149 km məsafəyə mübarizədə “Synergy Baku”nun ukraynalı velosipedçisi Maksim Averin yeni komandasının heyətində debüt yürüşündəcə 3 saat, 32 dəqiqə, 22 saniyə nəticə göstərərək finişi birinci keçib və yarışın qalibi adını qazanıb.

195 velosipedçinin mübarizə apardığı yürüşdə komandamızın digər üzvləri, irlandiyalı Filip Laveri və Konnor Makkonvey müvafiq olaraq 59 və 77-ci, ukraynalı Aleksandr Surutkoviç 85-ci olub.

“Mən çox xoşbəxtəm” – deyən Maksim Averin həyatında ilk dəfədir ki, ilin ilk yürüşündəcə qələbə qazandığını sözlərinə əlavə edib.

Xəbər 834 dəfə oxundu.