AFFA-nın növbəti hesabat konfransı başlayıb
Martın 7-də “Hilton Baku” mehmanxanasında AFFA-nın növbəti hesabat konfransı işə başlamışdır.

Əvvəlcə futbol üzrə milli komandamızın çıxışından bəhs edən videoçarx nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış, ölkə futbolunda kütləviliyin təmin olunması istiqamətində həyata keçirilmiş layihələr barədə məlumat vermişdir.

AFFA-nın prezidenti qeyd etmişdir ki, ötən il ölkə futbolu üçün uğurlu olmuşdur. Milli komandamız dünya çempionatının seçmə mərhələsini 9 xalla başa vurmuşdur. 2020-ci il Avropa çempionatının oyunlarına ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülmüşdür. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür.

AFFA-nın baş katibi Elxan Məmmədov ölkəmizdə uşaq futbolunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat vermiş, məktəblərdə futbol dərslərinin tədris olunmasını yüksək qiymətləndirmişdir.

Sonra AFFA-nın ötən ilki fəaliyyəti ilə bağlı hesabat xarakterli film nümayiş olunmuşdur.
Konfransda UEFA-nın birinci vitse-prezidenti Şenes Erzik iştirak edir.

Xəbər 878 dəfə oxundu.