Avropa Liqasında bütün 1/8 finalçılar müəyyənləşdi | |
Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub. Çempionlar Liqasından fərqli olaraq Avroliqanın bütün görüşləri eyni gündə baş tutacaq və 1/8 finalçılar bəlli olub. Milli komandamızın üzvü Ruslan Abışovun çıxış etdiyi "Rubin" klubu "Betis"i qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Kazan təmsilçisi iki oyunun nəticəsinə əsasən (1:1, 0:2) Avropa Liqasında mübarizəni dayandırıb. Azərbaycanlı azarkeşlər üçün daha çox maraq doğuran oyun Türkiyədə baş tutub. Qardaş ölkə təmsilçisi "Trabzonspor" "Yuventus"u qəbul edib. Bu oyunda da rəqibinə 0:2 hesabı ilə uduzan Trabzon təmsilçisi turnirlə erkən vidalaşıb. "Qarabağ"ı Avroliqanın pley-off mərhələsində mübarizədən kənarlaşdıran "Ayntraxt" (Frankfurt) isə öz meydanında "Porto"nu sınağa çəkib. Səfərdə rəqibi ilə 2:2 bərabərə qalan Frankfurt təmsilçisi doğma meydanda sülhə razılaşıb - 3:3. 28 fevral UEFA Avropa Liqası, 1/16 finalın cavab oyunları 00:05. "Benfika" (Portuqaliya) - PAOK (Yunanıstan) (İlk oyun - 1:0) - 3:0 Qollar: Qaytan, 70 (1:0), Lima, 78-pen (2:0), Markoviç, 79 (3:0) 00:05. "Valensiya" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna) (İlk oyun 2:0) - 0:0 00:05. "Tottenhem" (İngiltərə) - "Dnepr" (Ukrayna) (İlk oyun - 0:1) - 3:1 Qollar: Zozulya, 47 (0:1), Eriksen, 56 (1:1), Adebayor, 65 (2:1), 69 (3:1) 00:05. "AZ Alkmaar" (Hollandiya) - "Slovan" (Çexiya) (İlk oyun - 1:0) - 1:1 Qollar: Viergever, 19 (1:0), Budnik, 72 (1:1) 00:05. "Trabzonspor" (Türkiyə) - "Yuventus" (İtaliya) (İlk oyun - 0:2) - 0:2 Qollar: Vidal, 18 (0:1), Osvaldo, 33 (0:2) 00:05. "Lion" (Fransa) - "Çernomorets" (Ukrayna) (İlk oyun - 0:0) - 1:0 Qol: Lakazette, 80 (1:0) 00:05. "Fiorentina" (İtaliya) - "Esbyerq" (Danimarka) (İlk oyun - 3:1) - 1:1 Qollar: İliçiç, 47 (1:0), Vesterqard, 90+2 (1:1) 00:05. "Genk" (Belçika) - "Anji" (Rusiya) (İlk oyun - 0:0) - 0:2 Qollar: Tşimanqa, 64-avtoqol (0:1), A.Əliyev, 71 (0:2) 27 fevral 22:00. "Zalsburq" (Avstriya) - "Ayaks" (Hollandiya) (İlk oyun - 3:0) - 3:1 Qollar: Van Der Hoorn, 56-avtoqol (1:0), Mane, 66 (2:0), Soriano, 77 (3:0), Klaassen, 83 (1:3) 22:00. "Ludoqorotes" (Bolqarıstan) - "Latsio" (İtaliya) (İlk oyun - 1:0) - 3:3 Qollar: Keyta, 1 (0:1), Perea, 54 (0:2), Bezjak, 68 (1:2) Moti, 79 (2:2), Klose, 82 (2:3), Juninyo, 88 (3:3) 22:00. "Bazel" (İsveçrə) - "Makkabi" (İsrail) (İlk oyun - 0:0) - 3:0 Qollar: Stoker, 18 (1:0), Streller, 61 (2:0), 72 (3:0) 22:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Portu" (Portuqaliya) (İlk oyun - 2:2) - 3:3 Qollar: Ayqner, 37 (1:0), Meyer, 52 (2:0), Manqala, 57 (2:1), 71 (2:2), Oçipka, 76 (3:2), Ghilas, 85 (3:3) 22:00. "Sevilya" (İspaniya) - "Maribor" (Sloveniya) (İlk oyun - 2:2) - 2:1 Qollar: Reyes, 42 (1:0), Qameyro, 59 (2:0), Vrsiç, 90+2 (1:2) 22:00. "Şaxtyor" (Ukrayna) - "Viktoriya" (Çexiya) (İlk oyun - 1:1) - 1:2 Qollar: Kolar, 30 (0:1), Petrzela, 34 (0:2), Adriano, 88 (1:2) 22:00. "Napoli" (İtaliya) - "Suonsi" (İngiltərə) (İlk oyun - 0:0) - 3:1 Qollar: İnsinye, 16 (1:0), Quzman, 29 (1:1), İquain, 79 (2:1), İnler, 90+3 (3:1) 21:00. "Rubin" (Rusiya) - "Betis" (İspaniya) (İlk oyun - 1:1) - 0:2 Qollar: Nono, 45 (0:1), Kastro, 65 (0:2) |
|
Xəbər 876 dəfə oxundu. |
|
|