Malaziyada möhtəşəm başlanğıc | |
Malaziyada Beynəlxalq Velosipedçilər Ittifaqının 2.HC kateqoriyalı “Tour of Langkawi” yarışı Azərbaycanın “Synergy Baku” komandası üçün uğurla başlayıb. İdman.com.az saytı xəbər verir ki, 101 km-dən ibarət ilk mərhələdə komandamızın irlandiyalı üzvü Metyu Bremmier 2 saat, 21 dəqiqə, 51 saniyə göstərici ilə finiş xəttini 2-ci keçib və fəxri kürsüdə yer alıb. O həmçinin dağ mərhələsində hamıdan yaxşı çıxış etməklə qırmızı maykanı da ələ keçirib. İlk mərhələnin qalibi isə “Colombia” komandasının üzvü Duber Kointero olub – 2 saat, 21 dəqiqə, 40 saniyə. “Synergy Baku”nun almaniyalı velosipedçisi Maykl Şvayzer, həmvətənlərimiz Elçin Əsədovla Tural İsgəndərov və avstraliyalı Patrik Leyn isə liderə 18 saniyə uduzmaqla finiş xəttini eyni anda keçiblər. Velosipedçilərimizin uğurlu çııxışı “Synergy Baku”nun komanda hesabında 2-ci yerdə qərarlaşmasına şərait yaradıb. Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 132.5 km məsafə qət etməlidirlər. Qeyd edək ki, yarışda 6 Dünya Turu, 5 Pro Kontinental, 7 Kontinental və 3 milli komanda mübarizə aparır. 10 gün davam edəcək yürüşə martın 7-də yekun vurulacaq. |
|
Xəbər 1068 dəfə oxundu. |
|
|