Lempard: "Nəticədən razı deyilik"
"Çelsi"nin futbolçusu Frənk Lempard Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray"la oyundan (1:1) sonra açıqlama verib.

O, görüşün nəticəsindən razı qalmayıb:

"İlk oyun başa çatdı. Bizim üçün möhtəşəm matç keçdiyini söyləyə bilmərəm. Rəqibin çox yaxşı azarkeşləri var idi. Güclü bir komandaya qarşı oynadıq. Amma nəticədən razı deyilik".

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması martın 18-də, Londonda keçiriləcək.

Xəbər 873 dəfə oxundu.