Azərbaycanın U-17 komandası Antalyada yoldaşlıq görüşü keçirib | |
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirmişdir. Yığmamız İsveçrənin “Vaud” klubunun əvəzedici komandası ilə qarşılaşmışdır. Görüş 2:1 hesabı ilə İsveçrə təmsilçisinin xeyrinə başa çatmışdır. Yığmamızın heyətində Xəyal Əmirli fərqlənmişdir. Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar oyundan əvvəl bir dəqiqəlik sükut elan olunmuş və yığmamızın üzvləri meydana qara sarğı ilə çıxmışlar. |
|
Xəbər 807 dəfə oxundu. |
|
|