5 dəst medalla | |
Azərbaycan taekvondoçuları “Ukraine open” turnirində 15 medala sahib olublar. Belə ki, idmançılarımız müvafiq olaraq 5 qızıl, 5 gümüş, elə bir o qədər də bürünc medal qazanıblar. İdman.com.az saytı xəbər verir ki, London olimpiadasına lisenziyanı təmin etmiş Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), həmçinin Elvin Məmmədov (74 kq), Fərid Tağızadə (87 kq) və Təvəkkül Bayramov (+87 kq) qızıl medal, Xəyalə Quliyeva (46 kq), Günay Ağakişiyeva (57 kq), Kim Vonkyunq (67 kq), Fariz Əliyev (68 kq) və Bayraməli Vəliyev (80 kq) isə gümüş mükafata sahib çıxıblar. Digər mükafatçılara gəlincə, Türkanə Tahirli (49 kq), Samir Aydınov (54 kq), Ziya Qasımov (63 kq), Kim Kvanqseok (74 kq) və Ceyhun Həsənli (87 kq) bürünc medal qazanıblar. |
|
Xəbər 1351 dəfə oxundu. |
|
|