Albert Rieranın yeni klubu müəyyənləşdi | |
Qış transferi pəncərəsində "Qalatasaray"dan ayrılan Albert Rieranın yeni komandasının adı müəyyənləşib. İspan yarımmüdafiəçi Ukraynanın "Metallist" klubu ilə müqavilə imzalayıb. Müqavilənin şərtləri barədə açıqlama verilməyib. Qeyd edək ki, 2011-ci ildə "Qalatasaray"a transfer olan A.Riera İstanbul klubu ilə 60 matçda oynayıb. "Cim-Bom" yanvar ayında futbolçuya 750 min dollar təzminat ödəyərək müqaviləni ləğv edib. |
|
Xəbər 812 dəfə oxundu. |
|
|