Futbol üzrə Topaz Premyer Liqasında 21-ci turun rəmzi komandası müəyyənləşib | |
Futbol üzrə Topaz Premyer Liqasında 21-ci turun rəmzi komandası müəyyənləşmişdir. “Instat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən, ötən turun ən yaxşı on birliyində qapıçı Aqil Məmmədov (“Bakı”), müdafiəçilər – Vanderson Skarduelli (“Xəzər-Lənkəran”), Elvin Yunuszadə (“Neftçi”), Vladimir Levin (“Qəbələ”), Ruslan Əmircanov (“İnter”), yarımmüdafiəçilər – Cavid Hüseynov (“Bakı”), Abdulla Abatsiyev (“İnter”), Elnur Abdullayev (“Xəzər-Lənkəran”), Sadio Tounkara (“Xəzər-Lənkəran”), hücumçular – Daniel Subotiç (“Qəbələ”) və Etame Mbilla (“Xəzər-Lənkəran”) yer almışlar. Topa sahib olmada və ötürmələrdə “Qarabağ” digərlərindən üstün olmuşdur. Hücumun sayında “Neftçi”, qapılara zərbələrdə isə “Qəbələ” fərqlənmişdir. Turun ən yaxşı oyunçusu “Qəbələ”nin hücumçusu Daniel Subotiç olmuşdur. |
|
Xəbər 929 dəfə oxundu. |
|
|