Sneyder: "Mourinyo məni aldada bilmədi" | |
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Qalatasaray"ın futbolçusu Uesli Sneyderdən İstanbul klubu haqda məlumat öyrənmək istəyib. Portuqaliyalı çalışdırıcı Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray"la düşdükdən sonra keçmiş oyunçusuna zəng edib. Hollandiya yarımmüdafiəçidən "Cim-Bom" haqda məlumat almaq istəyən Mourinyo buna nail ola bilməyib. Sneyder deyib ki, onun verdiyi heç bir sualı cavablandırmayıb: "Püşkatamdan iki dəqiqə sonra telefonuma zəng gəldi. Mourinyo mənə bəzi suallar verdi. Komandanın taktikası, oyunçular haqda soruşdu. Ancaq ona heç nə demədim. Mourinyo məni aldada bilmədi". |
|
Xəbər 859 dəfə oxundu. |
|
|