Mövsümün 250-ci qolu | |
Topaz Premyer Liqasında 2013/14 mövsümünün 250-ci qolu vurulub. İdman.comaz-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, yubiley topuna “Sumqayıt”ın futbolçusu Rəhman Hacıyev imza atıb. Futbolçu buna 21-ci turun “Rəvan”la qarşılaşmasında fərqlənməklə nail olub. Oyunda hesabı açan Hacıyev turun 8-ci, mövsümün 250-ci qolunun müəllifi olub. Ümumilikdə isə 105 oyunda 255 qol vurulub. Cari mövsümdə orta məhsuldarlıq 2,43-ə bərabərdir. Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu. |
|
Xəbər 980 dəfə oxundu. |
|
|