Feliks Maqat Hamburqun təklifini rədd etdi | |
Feliks Maqat Hamburqun baş məşqçisi olmaq təklifini qəbul etməyib. 60 yaşlı mütəxəssis facebook səhifəsində bu qərarını Hamburq azarkeşləri üçün izah da edib.Onun sözlərinə görə fikir ayrılığı olan yerdə bundesliqada qalmaq uğrunda uğurla mübarizə aparmaq mümkün deyil.Belə ki, Hamburqun direktorlarından bəziləri onun əleyhinədirlər. Xatırladaq ki, Maqatın nəinki baş məşqçi Bert Van Marveyki , hətta klub prezidenti Karl Edqar Yaxov və idman direktoru Oliver Kroyserə əvəz olacağı söylənilirdi. Qeyd edək ki, Hamburq hazırda 20 oyundan sonra 16 xalla turnir cədvəlində 17-ci sıradadır. |
|
Xəbər 983 dəfə oxundu. |
|
|