Ronaldonun zədələdiyi oyunçu uzun müddət futbolsuz qalacaq | |
"Atletiko" İspaniya kubokunun yarımfinalında "Real"la matçda zədələnən Xavyer Mankilyo haqda məlumat verib. Klub rəsmi saytından xəstəxanada müalicə olunan oyunçunun 4-6 həftə boyunluq taxacağını açıqlayıb. Boynunda qırıq olan futbolçunun bu gün evə buraxılması gözlənilir. Onun ən azı iki ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Qeyd edək ki, Mankilyo "Real"ın hücumçusu Kriştiano Ronaldonun qaydanı pozması nəticəsində zədələnmişdi. |
|
Xəbər 987 dəfə oxundu. |
|
|